İki polisin yaralandığı qəzanı törədən sürücü MƏHKƏMƏ QARŞISINDA

İki polisin yaralandığı qəzanı törədən sürücü MƏHKƏMƏ QARŞISINDA

Hazırda oxunan: İki polisin yaralandığı qəzanı törədən sürücü MƏHKƏMƏ QARŞISINDA

102756

Bərdə rayonunda ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Əhəd Həziyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.  

Bizim.Media xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.  

İş araşdırılması üçün hakim Naqi Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası noyabrın 16-na təyin olunub.  

Qeyd edək ki, hadisə Yevlax-Ağdam magistral avtomobil yolunun Bərdə rayon Şirvanlı kəndi ərazisində qeydə alınıb. “Toyota”, “NİVA” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, altı nəfər xəsarət alıb. 

Həlak olan şəxs Bərdə rayon Əmirli kənd sakini, 1986-cı il təvəllüdlü Eyvazova Şəhla Dadaş qızıdır. 

Müxtəlif bədən xəsarətləri alan Həziyev Əhəd Mehbalı oğlu, Zeynalova Afaq Mehbalı qızı, Həziyeva Mülayim Məmiş qızı, Dadaşov Ələmdar Məhərrəm oğlu, Cəlalov Sədi Cəlal oğlu, Hüseynov Kənan Həsən oğlu Bərdə Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Onlara vaxtında tibbi yardım göstərildiyi üçün həyatlarını xilas etmək mümkün olub. 

Qeyd edək ki, Sədi Cəlalov və Ələmdar Dadaşov polis əməkdaşlarıdır. 

İstintaq araşdırması zamanı qəzanın törədilməsində Əhəd Həziyev günahkar bilinib. Onun barəsində cinayət işi başlanıb.  

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO