Zaqatalada şəhid Orxan Cumayevin anım mərasimi keçirildi - FOTO 

Zaqatalada şəhid Orxan Cumayevin anım mərasimi keçirildi - FOTO 

Hazırda oxunan: Zaqatalada şəhid Orxan Cumayevin anım mərasimi keçirildi - FOTO 

102652

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarından biri, Zaqatala şəhərindən olan Orxan Cumayevin anım günü qeyd olunub.

Bizm.Media-nın yerli bürosu bildirir ki, şəhidin vəfatının ikinci ili tamam olur.

Şəhidin ildönümü ilə əlaqədar icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri, ailə üzvləri və doğmaları onun məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyub.

Anım tədbirində Vətən müharibəsində qazanılan tarixi qələbədən, Orxan Cumayevin keçdiyi şərəfli döyüş yolundan, qəhrəmanlığından söz açılıb.

Bildirilib ki, Orxan Cumayev 2000-ci il yanvarın 14-də Zaqatala şəhərində anadan olub. O, 2018-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

Vətən müharibəsinin ilk günlərindən cəbhəyə yollanan Orxan Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub, Zaqatala şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO