Balakənin ucqar qəsəbəsində yeni polis bölməsi istifadəyə verildi - FOTO 

Balakənin ucqar qəsəbəsində yeni polis bölməsi istifadəyə verildi - FOTO 

Hazırda oxunan: Balakənin ucqar qəsəbəsində yeni polis bölməsi istifadəyə verildi - FOTO 

102651

Balakənin Qabaqçöl qəsəbəsində polis bölməsinin yeni inzibatı binası istifadəyə verilib.

Bu münasibətlə təşkil edilən mərasimdə rayon icra hakimyyəti və polis şöbəsinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, qəsəbə və ətraf kəndlərin əhalisi, şəhid və qazi ailələri iştirak ediblər.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, inzibati binanın açılışında çıxış edənlər rayonda Azərbaycan polisinin dövlətin və vətəndaşların mənafeyinə ləyaqətlə xidmət etdiyini diqqətə çatdırıb.

Bildirilib ki, polis işçiləri asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirir.

Qabaqçöl qəsəbəsində polis bölməsinin yeni inzibati binasının istifadəyə verilməsi də şəxsi heyətə dövlət qayğısının növbəti əyani təzahürüdür.

Diqqətə çatdırılıb ki, Qabaqçöl qəsəbəsində açılan yeni polis bölməsi qəsəbə və ətraf 6 kəndi əhatə etməklə, ümumilikdə 20 minə yaxın əhaliyə xidmət göstərəcək.

Daha sonra şəhid anaları ilə birgə açılış lenti kəsilib. Mərasim iştirakçıları yeni polis bölməsinə baxış keçirib.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO