Müdafiə Nazirliyi ehtiyatda olan hərbçinin iddialarını YALANLADI 

Müdafiə Nazirliyi ehtiyatda olan hərbçinin iddialarını YALANLADI 

Hazırda oxunan: Müdafiə Nazirliyi ehtiyatda olan hərbçinin iddialarını YALANLADI 

102500

Noyabrın 1-də bəzi internet kanallarında ehtiyatda olan hərbi qulluqçu Səbuhi Abdullayev Azərbaycanın Hərbi Hava Qüvvələri (HHQ) və onun müvafiq silah-sursat sistemlərini modernləşdirməsi layihələri haqqında həqiqətə uyğun olmayan və peşəkarlıqdan tamamilə kənar fikirlər səsləndirib. 

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilib. 

Bildrilib ki, bu şəxsin Hərbi Hava Qüvvələrimiz (HHQ) haqqında səsləndirdiyi fikirlər tam əsassızdır, yalan və iftiradan başqa bir şey deyildir.  

Onun bu fikirlərini təxribat və qəsdən Azərbaycan Ordusunun nüfuzuna xələl gətirmək cəhdləri kimi qiymətləndiririk. 

Həmçinin bildirilib ki, S.Abdullayevin həqiqəti əks etdirməyən və məsuliyyətsiz ittihamları ilə bağlı HHQ-nin komandanlığı onun barəsində məhkəmə-hüquq müstəvisində müvafiq tədbirlər görəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO