Mədəniyyət Nazirliyinin şöbə müdiri HƏBS EDİLDİ - FOTO

Mədəniyyət Nazirliyinin şöbə müdiri HƏBS EDİLDİ - FOTO

Hazırda oxunan: Mədəniyyət Nazirliyinin şöbə müdiri HƏBS EDİLDİ - FOTO

102498

Ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Mədəniyyət Nazirliyinin Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov barəsində həbs qətimkan tədbiri seçilib. 

Bizim.Media “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı Səbail Rayon Məhkəməsində qərar çıxarılıb.  

Belə ki, bu gün DTX tərəfindən İ.Nəsibov barəsində cinayət işi başlanılıb və işin istintaqı dövründə onun həbsdə qalması ilə bağlı məhkəməyə təqimat verilib.  

Məhkəmə təqdimatı təmin edərək İlkin Nəsibov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. 

Məlumata görə, şöbə müdiri Cinayət Məcəlləsinin 179.4-cü maddəsi (mənimsəmə və ya israf etmə) ilə ittiham olunur. 

Qeyd edək ki, İlkin Nəsibov 2020-ci ildə mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun əmri ilə Texniki təchizat və əmlakın idarəedilməsi şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO