"Tərtər işi” üzrə təqsirləndirilərək mühakimə edilən və bu gün apellyasiya şikayətinə baxılacaq 11 nəfərin adı məlum olub.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, bunlar kapitan Rauf Orucov, baş leytenant Sultan Zeydullayev, gizir Emin Adilzadə, leytenant Natiq Əliyev, kiçik çavuş Əlizamin Quliyev, əsgər Turan İbrahimli, Müşfiq Əhmədli, Məcid Qasımov, Faiq Əhmədov, Mirpaşa Mehdiyev və Atabəy Rəhimovdur.
Bu gün Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə həmin şəxslərin apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayacaq.
Qeyd edək ki, Ali Məhkəmənin Plenumu "Tərtər işi" ilə bağlı 18 nəfər barəsində kassasiya qərarını ləğv edib və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:09 / 02.11.2022
"Tərtər işi” üzrə apellyasiya şikayəti verən 11 nəfərin ADI - SİYAHI
Hazırda oxunan: "Tərtər işi” üzrə apellyasiya şikayəti verən 11 nəfərin ADI - SİYAHI
Hazırda oxunan: "Tərtər işi” üzrə apellyasiya şikayəti verən 11 nəfərin ADI - SİYAHI
102427
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.