Bu gecə saatlarınızı geri çəkməyi unutmayın!

Bu gecə saatlarınızı geri çəkməyi unutmayın!

Hazırda oxunan: Bu gecə saatlarınızı geri çəkməyi unutmayın!

102415

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Moderator.az-a verilən məlumata görə,  Nazirlər Kabinetinin müvafiq qərarına əsasən oktyabrın 25-də  saat 5.00-da respublika ərazisində saatlar 1 saat geri çəkilir. Bununla da yay vaxtı ləğv edilir.
 
Qeyd edək ki,  Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında”x9d 17 mart 1997-ci il tarixli, 21 nömrəli Qərarına əsasən hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO