Taksi sürücüsünü döyən müştəriyə CƏZA: Abşeron rayonunu və Bakını tərk edə bilməyəcək

Taksi sürücüsünü döyən müştəriyə CƏZA: Abşeron rayonunu və Bakını tərk edə bilməyəcək

Hazırda oxunan: Taksi sürücüsünü döyən müştəriyə CƏZA: Abşeron rayonunu və Bakını tərk edə bilməyəcək

102408

Abşeron rayonunda 1988-ci il təvəllüdlü Orxan Vahabov Habil Hacıyevə xəsarət yetirib. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə Хırdаlаn şəhəri, Əlif Hаcıyеv küçəsində baş verib. Habil Hacıyev həmin ünvana “Bоlt” tаksi şirkətindən çağırdığı taksi sürücüsü Orxan tərəfindən döyülüb. 

Belə ki, Habil sifariş verdiyi taksi sürücüsü 5 dəqiqə sonra qeyd olunan ünvana gəlib. Ünvana çatan sürücü sifariş verilən ünvan istiqamətində yolun tıxac olduğunu, maşının nasaz olduğunu, başqa bir taksi sifariş verməsini deyib. 

Bundan əsəbiləşən Habil Hacıyev Orxanla mübahisə edib. Mübahisə zamanı Orxan Habili döyərək ona xəsarət yetirib. 
İstintaq orqanı tərəfindən Orxanın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib. 

Abşeron rayon Məhkəməsinin hökmü ilə Orxan 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. 

Hökmə əsasəb, Orxan Vаhаbоvun üzərinə yaşayış yerini saat 23.00-dan 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək vəzifəsi qoyulub. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO