Qəbələdə Dual peşə təhsilinə START VERİLDİ - FOTO 

Qəbələdə Dual peşə təhsilinə START VERİLDİ - FOTO 

Hazırda oxunan: Qəbələdə Dual peşə təhsilinə START VERİLDİ - FOTO 

102333

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi aqrar sahədə Dual peşə təhsili və təlimi təhsil Proqramının icrası istiqamətində tədbir həyata keçirir.  

Bu barədə Bizim.Media-nın yerli bürosuna Peşə Təhsil Mərkəzindən məlumat verilib.   

Qeyd olunub ki, Mərkəzdə  “Üzümçülük və şərab ustası” ixtisası üzrə təhsil alan tələbələrlə və müəssisədən olan mentorlarla birlikdə rayonda fəaliyyət göstərən şərabçılıq şirkətində görüş keçirilib.  

Müzakirələrdən sonra tələbələrlə üçtərəfli müqavilələr imzalanıb, eyni zamanda tələbələrin müəssisədəki iş qrafikləri müəyyənləşdirilib. 

Dual peşə təhsili və təlimi Təhsil Proqramına uyğun olaraq tələbələr tədris ilinin sonuna kimi təhsil müəssisəsində ilkin baza biliklərə sahibləniblər.

Növbəti mərhələdə seçilmiş 15 nəfər tələbə peşə təhsil müəssisəsində nəzəri biliklərlə yanaşı, müəssisədə praktiki bacarıqlara yiyələnəcəklər. 

Qeyd edək ki, bir illik tədris müddətinin sonunda tələbələr həm nəzəri biliklər əldə edəcək, həm də şərabçılıq şirkətində təcrübə qazanaraq diplom əldə edəcəklər. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO