Bu gün saxlanılan nazir müavini Elnur Əliyevin SEVGİ QALMAQALI - ÖZƏL

Bu gün saxlanılan nazir müavini Elnur Əliyevin SEVGİ QALMAQALI - ÖZƏL

Hazırda oxunan: Bu gün saxlanılan nazir müavini Elnur Əliyevin SEVGİ QALMAQALI - ÖZƏL

102263

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib. Əməliyyat nəticəsində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, nazirliyin Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov və Protokol Şöbəsinin rəisi Kamil Rzayev saxlanılıb.

Bizim.Media-ya DTX tərəfindən saxlanılan mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevlə bağlı xoşagəlməz məlumatlar daxil olub.

Bu yaxınlarda Heydər Əliyev Sarayında keçirilən tədbirlərdən birində Elnur Əliyevlə ailə dostu arasında mübahisə olub. Gərginləşən mübahisə sonradan dava ilə nəticələnib.
 

MÖVZU İLƏ BAĞLI:

Həbs olunan nazir müavini Elnur Əliyev kimdir? - DOSYE 


Bununla bağlı saytımıza tədbir iştirakçılarından biri məlumat verib. Dediyinə görə dava nazir müavininin münasibətdə olduğu və həmin tədbirdə bərabər iştirak etdiyi xanıma görə baş verib. Hansı ki, Elnur Əliyevin ailəvi dost olduğu şəxs sevgilisini tədbirdə görən kimi mübahisəyə başlayıb. Bu zaman tərəflər arasında əlbəyaxa dava düşüb.

Məsələyə polis tərəfindən müdaxilə edilib. 

Qeyd edək ki, nazir müavininin sevgilisi olan həmin xanım vaxtı ilə Mədəniyyət Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb. Mədəniyyət naziri Anar Kərimov müavininin həmin xanımla qeyri-rəsmi münasibətdə olduğunu öyrənəndən sonra xanımı vəzifəsindən azad edib. Hazırda həmin xanım başqa bir dövlət qurumunda çalışır.

Xanımın kimliyi və hansı dövlət qurumunda çalışdığını bilsək də, hələki bu barədə məlumatları açıqlamırıq.

Xatırladaq ki, 1979-cu il təvəllüdlü Elnur Əliyev 2021-ci ildə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədri vəzifəsini icra edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO