Şəkidə ağır QƏZA - Ana və 7 yaşlı qızını maşın vurub

Şəkidə ağır QƏZA - Ana və 7 yaşlı qızını maşın vurub

Hazırda oxunan: Şəkidə ağır QƏZA - Ana və 7 yaşlı qızını maşın vurub

102258

Şəkidə ana və azyaşlı övladını avtomobil vurub.

Bizim.Media xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şəki şəhəri M.F.Axundov prospektindən 20 Yanvar küçəsi istiqamətindən baş verib. Rayon sakini Tural Məmmədov idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə şəhər sakinləri - 1988-ci il təvəllüdlü Nahidə Rəsul qızı Rəhimova və onun 7 yaşlı övladı Yağmur Vüsal qızı Rəhimzadəni vurub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan N. Rəhimova və qızı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Hadisə baş verən zaman N. Rəhimova övladını məktəbə aparırmış.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO