Qazaxda 58 yaşlı kişi itkin düşdü - FOTO

Qazaxda 58 yaşlı kişi itkin düşdü - FOTO

Hazırda oxunan: Qazaxda 58 yaşlı kişi itkin düşdü - FOTO

102188

Qazaxda 58 yaşlı kişi itkin düşüb.

Bu barədə Bizim.Media-nın yerli bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Qeyd olunub ki, Qazax rayonunun Aslanbəyli kənd sakini, 1964-cü il təvəllüdlü Oruc Nəsibov cari ilin aprel ayının 30-da yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Qurumdan O. Nəsibovun əlamətləri də bildirilib.
“Boyu 175-180 sm, sarışın, arıq bədən quruluşludur. "Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-295-14-97 şəhər və (050) 275-74-74 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - məlumatda qeyd edilib.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO