“Zəngilan şəhərinin qısa müddət ərzində regional mərkəzə çevriləcəyinə əminik”.
Bizim.Media xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev şəxsi “Twitter” hesabında qeyd edib.
"Bu gün Ümumdünya Şəhərlər Günüdür. İşğal dövründə tamamilə dağıdılmış Zəngilan şəhərinin qısa müddət ərzində dayanıqlı əsaslarla yenidən qurulacağına, proqressiv innovasiyalarla regional mərkəzə çevriləcəyinə əminik. Artıq bu sahədə bir çox iş başladılıb", - deyə Prezidentinin xüsusi nümayəndəsi bildirib.
Bizim.Media
Bu gün #ÜmumdünyaŞəhərlərGünüdür. İşğal dövründə tamamilə dağıdılmış #Zəngilan şəhərinin qısa müddət ərzində dayanıqlı əsaslarla yenidən qurulacağına, proqressiv innovasiyalarla regional mərkəzə çevriləcəyinə əminik. Artıq bu sahədə bir çox iş başladılıb. #worldcitiesday
— Vahid Hajiyev (@Vahid_Hajiyev) October 31, 2022