Azərbaycanda əhalinin həssas qruplarının sosial təminatı gücləndirilir.
Bizim.Media xəbər verir ki, bununla bağlı “Əmək pensiyaları haqqında”, “Sosial müavinətlər haqqında”, “Sosial xidmət haqqında” qanunlara dəyişiklik edilir.
Təklif olunan dəyişikliklər sosial xidmətlərə əlçatanlığın artırılması baxımından vacibdir. Təqdim olunan layihələr əhalinin həssas qruplarının sosial təminatının gücləndirilməsi məqsədi daşıyır.
Bu baxımdan həmin istiqamətlərdə elektron xidmətlərdən daha çox istifadə edilməsi vətəndaşlarımızın sosial xidmətlərə əlçatanlığını artırmaqla yanaşı, həm də onların sosial təminatının daha qısa zamanda gücləndirilməsinə və bu istiqamətdə islahatların davam etdirilməsinə imkan yaradacaq.
Qeyd edək ki, dəyişiklik layihələri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edildikdən sonra II oxunuşda parlamentin plenar iclasına tövsiyə olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:15 / 31.10.2022
Həssas qrupların sosial təminatı ilə bağlı YENİLİK
Hazırda oxunan: Həssas qrupların sosial təminatı ilə bağlı YENİLİK
Hazırda oxunan: Həssas qrupların sosial təminatı ilə bağlı YENİLİK
102077
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.