Həbsdə olan sabiq icra başçısının vəziyyəti pisləşdi - HOSPİTALA KÖÇÜRÜLDÜ

Həbsdə olan sabiq icra başçısının vəziyyəti pisləşdi - HOSPİTALA KÖÇÜRÜLDÜ

Hazırda oxunan: Həbsdə olan sabiq icra başçısının vəziyyəti pisləşdi - HOSPİTALA KÖÇÜRÜLDÜ

102047

Yevlaxın həbsdə olan sabiq icra başçısı Qoca Səmədovun vəziyyəti yenidən pisləşib.

Bizim.Media xəbər verir ki, bir müddətdir Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan sabiq icra başçısı Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.

Məlumatı Qoca Səmədovun vəkili Elnur Vəliyev Apa.az-a təsdiq edib:

“Qoca Səmədovun vəziyyəti yenidən kəskin şəkildə pisləşdiyindən həkim müayinəsindən keçirilib və müalicəsinin davamı üçün Mərkəzi Gömrük Hospitalına yerləşdirilib. Müvəkkilim həkimlərin tövsiyəsi ilə son bir il ərzində 3 dəfə ürək əməliyyatı keçirib”.

Xatırladaq ki, Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.

Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısına son olaraq 5 il 9 ay azadlıqdan mərhumetmə cəzası təyin olunub. Hazırda onun çəkilməmiş 2 il cəza müddəti qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO