“İşğaldan azad olunmuş Qarabağ və ətraf ərazilərdə radiaktiv maddələr və təhlükəli şüalanmalar var”.
Bizim.Media xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) sədri, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) “Şuşa ili”nə həsr olunmuş “İşğaldan azad olunmuş ərazilərdə radioloji və kimyəvi risklər” adlı respublika elmi-texniki konfransında deyib.
O qeyd edib ki, respublika və dünya ictimaiyyətinin diqqətinin Qarabağ və ətraf ərazilərdə olan problemlərə cəlb edilməsi bu tədbirin əsas hədəflərindəndir.
Alim “Şuşa İli” çərçivəsində AMEA-da humanitar, sosial, dəqiq elmlər, o cümlədən radiasiya və digər istiqamətlər üzrə tədbirlər planının hazırlandığını, FRTEB-in iclaslarında ayrı-ayrı həmkarlar tərəfindən elmi məruzələrin edildiyini, əldə olunmuş nailiyyətlərin Qarabağın yenidən qurulması və bərpası, həmin ərzilərdə yüksək həyat şəraitinin yaradılması kimi problemlərin həllinə yönəldiyini bildirib.
O, “İşğaldan azad olunmuş ərazilərdə radioloji və kimyəvi risklər” mövzusunda keçirilən respublika elmi-texniki konfransının bu istiqamətdə müsbət nəticələrin əldə olunmasına töhfə verəcəyinə əminliyini ifadə edib.
R.Əliquliyev əlavə edib ki, radiasiya sahəsində fəaliyyət göstərən alim və mütəxəsislər tərəfindən gizli, ilk baxışdan nəzərə çarpmayan risklərin aşkarlanması, radiasiya təhlükəsizliyinin monitorinqinin aparılması, xəritələrin qurulması, müasir texnologiyaların köməyilə obyektiv reallığın ortaya qoyulması ölkəmizin radiasiya təhlükəsizliyinin tərkib hissəsi kimi əsas vəzifələrdəndir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:40 / 31.10.2022
“Qarabağda radiaktiv maddələr və təhlükəli şüalanmalar var” - AMEA
Hazırda oxunan: “Qarabağda radiaktiv maddələr və təhlükəli şüalanmalar var” - AMEA
Hazırda oxunan: “Qarabağda radiaktiv maddələr və təhlükəli şüalanmalar var” - AMEA
102006
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.