Qaxda idman sahəsində çalışan şəxslər təltif edildi - FOTO

Qaxda idman sahəsində çalışan şəxslər təltif edildi - FOTO

Hazırda oxunan: Qaxda idman sahəsində çalışan şəxslər təltif edildi - FOTO

101890

Milli Olimpiya Komitəsinin (MOK) yaradılmasının 30 illiyi münasibəti ilə Qaxda tədbir keçirilib. Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdən əvvəl şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Bizim.Media-nın yerli bürosu rayon Gənclər və İdman idarəsinə istinadən bildirir ki, tədbirdə Azərbaycanın dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımızın isə əsas rəqib kimi qəbul edildiyi xusisi vurğulanıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2012-ci ilin Azərbaycanda “İdman ili” elan edilməsi bu sahənin inkişafına diqqət və qayğının bariz nümunəsidir.

Bildirilib ki, MOK təsis olunduğu vaxtdan ölkəmizdə idmanın dinamik inkişafı, Olimpiya ideallarının bərqərar olması və təşviqi üçün məqsədyönlü, ardıcıl fəaliyyət göstərir.

Ötən müddət ərzində Azərbaycanın idman infrastrukturunun yenilənərək ən müasir standartlara cavab verən səviyyəyə gətirilməsində, idmanın kütləviliyinin artırılmasında və sağlam həyat tərzinin təbliğində Milli Olimpiya Komitəsinin mühüm xidmətləri olub.

Toplantıda rayon icra hakimiyyəti başçısının müavini Vəfa Heydərova, Gənclər və İdman idrasənini rəis müavini Elvin Hasilov yeniyetmə və gənclərə uğur diləyib, idman sahəsində çalışan bir qrup əməkdaş Fəxri Fərmanla təltif edilib.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO