Göygöldə narkotik çəkən iki sürücü saxlanıldı

Göygöldə narkotik çəkən iki sürücü saxlanıldı

Hazırda oxunan: Göygöldə narkotik çəkən iki sürücü saxlanıldı

101887

Göygöldə  yol hərəkəti qaydalarını pozan sürücülər məsuliyyətə cəlb olunub. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.

Bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərdə qanunla qadağan edilməsinə baxmayaraq konstruksiya dəyişikliyi edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub. Bu və digər qayda pozuntusuna yol verən 30 sürücü saxlanılaraq profilaktiki söhbət aparılıb və barələrində qanuna müvafiq tədbir görülüb.

Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara buraxılıb. 

Bundan başqa yol polisi əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında avtomobil idarə edən Rufan Azəri və Elgiz Qurbanov saxlanılıb, barələrində  protokol tərtib edilərək məhkəməyə göndərilib. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO