Oğuzda şəhid Tural Məmmədovun anım günü keçirilib - FOTO 

Oğuzda şəhid Tural Məmmədovun anım günü keçirilib - FOTO 

Hazırda oxunan: Oğuzda şəhid Tural Məmmədovun anım günü keçirilib - FOTO 

101823

Bu gün Oğuz şəhidi Tural Məmmədovun anım günü keçirilib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Ağdərə istiqamətində gedən döyüşlərin birində şəhidlik zirvəsinə ucalan Tural Məmmədov 2020-ci il oktyabrın 29-da Oğuz rayonunun Sincan kəndində dəfn edilib.

Tank komandiri olan gizir Tural Məmmədov 2020-ci il sentyabrın 27-də  Ermənistanın təxribatı ilə başlayan Vətən müharibəsinin ilk günündən döyüşlərdə iştirak edib.

O, Suqovuşanın, Talış kəndinin azad olunması uğrundakı döyüşlərdə iki dəfə yaralanmasına baxmayaraq döyüş yoldaşlarının yanından ayrılmayıb, idarəsində olan tankı  və komandası ilə döyüşlərə qatılıb.

Şəhidin anım günü bu gün də izdihamlı keçib. Kənd sakinləri, rayon ictimaiyyətinin nümayəndələri, döyüş dostları Turalın məzarı başına toplaşıb, bir daha onun keçdiyi döyüş yoluna nəzər salıb.
Qeyd edək ki, Tural Məmmədov 1 may 1995-ci ildə Oğuz rayonunun Sincan kəndində anadan olub. 2013-cü ildə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib. Əsgəri xidmətini başa vurduqdan sonra həyatını hərb sənəti ilə birdəfəlik bağlamaq qərarına gəlib.

Beləcə, Azərbaycan Ordusunda xidmətini davam etdirib. O, 2016-cı ildə Aprel döyüşlərində fəal iştirak edənlərdən olub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Tural Rasimoğlu, Bizim.Media. Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO