DYP-dən hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

DYP-dən hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Hazırda oxunan: DYP-dən hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

101767

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraitinin kəskin dəyişməsi ilə bağlı sürücülərə və avtomobil sahiblərinə müraciət edib.

Qurumdan Bizim.Media-ya daxil olan müraciətdə bildirilir ki, hazırda ölkədə mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur və bu amillər yol hərəkəti təhlükəsizliyinə bilavasitə təsir göstərir:

"Xüsusilə gecə və səhər saatlarında dumanlı, yaxud çiskinli hava yollarda görünüş məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, bu da sürücünün digər hərəkət iştirakçılarını, yol nişanlarını, nişanlama xətlərini, ümumiyyətlə nizamlama vasitələrini vaxtında və aydın görməsinə ciddi maneə yaradır.
Həftənin şənbə və bazar günləri avtomobil yollarında hərəkət intensivliyinin digər günlərə nisbətən daha da artacağını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərə əlverişsiz havalarda daha diqqətli olmağı, sürət həddini real vəziyyətə uyğun nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yol çıxmaqdan çəkinməyi, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO