İsmayıllı məktəblərində zərərli vərdişlərin fəsadları barədə maarifləndirmə tədbiri KEÇİRİLİB - FOTO 

İsmayıllı məktəblərində zərərli vərdişlərin fəsadları barədə maarifləndirmə tədbiri KEÇİRİLİB - FOTO 

Hazırda oxunan: İsmayıllı məktəblərində zərərli vərdişlərin fəsadları barədə maarifləndirmə tədbiri KEÇİRİLİB - FOTO 

101708

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının təşkilatçılığı ilə İsmayıllı rayonunda IX-XI sinif şagirdləri ilə görüş təşkil edilib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, görüşün keçirilməsində məqsəd yeniyetmə və gəncləri zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onları təhsilə və sağlam həyat tərzinə təşviq etmək olub.

İsmayıllı şəhərinin yeddi tam orta məktəbində təhsil alan yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edənlər bu istiqamətdə keçirilən görüşlərin əhəmiyyətini diqqətə çatdırıblar.

Daha sonra ali təhsil müəssisələrinə hazırlaşan, daxili işlər orqanlarında xidmət etmək həvəsində olan abituriyentlərə Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı ətraflı məlumat verilib.

Ölkəmizdə savadlı kadrların yetişməsində, daxili işlər orqanlarının hüquqşünaslarla təmin olunmasında akademiyanın mühüm rol oynadığı diqqətə çatdırılıb.

Sonda məktəblilərə bukletlər paylanılıb və Polis Akademiyasındakı müasir tədris prosesinə, kursantların hazırlığına həsr edilmiş videoçarx nümayiş olunub.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO