“Erməni siyasi rejimi bu nəsilə də öz iyrənc üzünü göstərdi” – Bərdə terrorunda xəsarət alanları müalicə edən həkim DANIŞIR

“Erməni siyasi rejimi bu nəsilə də öz iyrənc üzünü göstərdi” – Bərdə terrorunda xəsarət alanları müalicə edən həkim DANIŞIR

Hazırda oxunan: “Erməni siyasi rejimi bu nəsilə də öz iyrənc üzünü göstərdi” – Bərdə terrorunda xəsarət alanları müalicə edən həkim DANIŞIR

101706

“Həmin gün xəstəxanaya gətirilən bütün yaralıların həyatını xilas edə bildik... Çox ağır gün idi. Bunları sözlərlə ifadə etmək mümkün deyil. Dəfələrlə erməni terroru haqqında oxusaq da həmin günə qədər canlı şahidi olmamışdım. Demək olar ki Erməni siyasi rejimi bu nəsilə də öz iyrənc üzünü daha açıq şəkildə göstərdi”.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bu sözləri həkim-cərrah Vüsal Məmmədov deyib.

Erməni silahlı qüvvələri Bərdə rayonunu qadağan edilmiş roketlərlə atəşə tutan zaman Vüsal həkim Bərdə Müalicə və Diaqnostika mərkəzinin direktoru olub.

Həkimin sözlərinə görə, Vətən müharibəsi davam etdiyi üçün həmin günlər çox gərgin iş rejimi ilə çalışıblar. Terror hadisəsi baş verənə qədər yüzlərlə yaralıya yardıb göstəriblər. Hadisə baş verən günü isə xəstəxananada olan yeddi nəfər cərrah həmkarları ilə 70 nəfərə qədər yaralıya xidmət göstəriblər:

“Müxtəlif ərazilərdən yaralılar gətirildi. Ən çox yaralı isə hazırda xatirə lövhəsi qurulan meydandan gətirilmişdi. Əvvəl günləri də nəzərə alsaq çox yorğun idik. Ancaq düşmənin yaşatdığı amansız faciələri gördükcə sanki bizə də mübarizə aparmaq üçün güc gəlirdi. Yetmiş nəfərə qədər yaralını müayinə edib, əməliyyat etdik.
Hamısının həyatını xilas etdik. Bu da bizim döyüş qalibiyyətimiz idi. Qalib dövlətin Vətəndaşı kimi bizə zəfəri yaşadan hər bir kəsə təşəkkür edirəm. Şəhidlərin ruhu qarşısında baş əyir, bütün qazilərimizə şəfa diləyirəm”. 

Xatırladaq ki, bü gün Bərdə terrorundan iki il ötür...

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO