Sərmayələrimiz Qarabağın bərpasına yönəlib - RƏSMİ

Sərmayələrimiz Qarabağın bərpasına yönəlib - RƏSMİ

Hazırda oxunan: Sərmayələrimiz Qarabağın bərpasına yönəlib - RƏSMİ

101609

“Artıq qaçılmaz reallıq ondan ibarətdir ki, bu gün bizim əsas sərmayələrimiz azad olunmuş ərazilərin bərpasına yönəlib”. 

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. 

Nazir bildirib ki, bu da təbii olaraq hökumətin digər vacib infrastruktur layihələrinin həyata keçirilməsi üçün maliyyə tələbatını artırır, müəyyən mənada təzyiq yaradır:

“Bu qanun layihəsindən gözlənti ondan ibarətdir ki, digər infrastruktur layihələrinin maliyyələşməsinə kömək edəcək və birbaşa dövlət maliyyələşməsindən asılılığı kifayət qədər azaldacaq. Bu gün beynəlxalq aləmdə kifayət qədər çalxalanmalar olur, 2020-ci ildə pandemiya olub. 2022-ci ilin oktyabr ayının sonuna həm Dövlət Gömrük Komitəsinin, həm də Dövlət Vergi Xidmətinin xətti ilə mədaxil proqnozunu artırmışıq.

Bu mənada biz uzunmüddətli baxışa üstünlük verdikdə, dövlət maliyyələşməsinin asılılığından ictimai əhəmiyyət daşıyan layihələrin sürətini azaldır”. 

Nazir qeyd edib ki, Azərbaycanın 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının ilkin maliyyə qiymətləndirilməsi də həyata keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO