İsmayıllıda bir ailə ağır qəzaya düşdü - Ölən və yaralananlar var

İsmayıllıda bir ailə ağır qəzaya düşdü - Ölən və yaralananlar var

Hazırda oxunan: İsmayıllıda bir ailə ağır qəzaya düşdü - Ölən və yaralananlar var

101568

İsmayıllıda ailə üzvləri ağır qəzaya düşüb, ölən və yaralananalar var. 

Bizim.Media xəbər verir ki hadisə İsmayıllı rayonunda qeydə alınıb. 

Belə ki, rayonun İvanovka kəndinə gedən asfalt yolda 1958-ci il təvəllüdlü Abdullayev Fazil Firudin oğlu idarə etdiyi "Kia Sorrento" markalı avtomobillə yaşadığı Soltan kənd istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yolun kənarına çıxaraq aşağı yuvarlanıb. 

Nəticədə avtomobildə olan həyat yoldaşı 1961-ci il təvəllüdlü Abdullayeva Fatma Xasay qızı hadisə yerində ölüb, qızı Mətanət Abdullayeva, qohumu Ələkbərova Nübar müxtəlif bədən xəsarətləri alıb. 
Faktla bağlı cinayət işi başlanılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO