Sərhədlərin bağlı qalması niyə vacibdir? – Ədalət Verdiyevin şərhi 

Sərhədlərin bağlı qalması niyə vacibdir? – Ədalət Verdiyevin şərhi 

Hazırda oxunan: Sərhədlərin bağlı qalması niyə vacibdir? – Ədalət Verdiyevin şərhi 

101528

Azərbaycanda pandemiya ilə əlaqədar olaraq quru sərhədlərinin bağlı qalması bəzi vətəndaşların narahatlığına səbəb olur. 

Bizim.Media AzVision.az-a istinadən xəbər verir ki, hərbi ekspert Ədalət Verdiyev bununla bağlı fikirlərini bölüşüb. 

Ekspertin yazısını olduğu kimi təqdim edirik: 

Azərbaycanda bəzi vətəndaşlarımız quru sərhədlərinin bağlı qalması ilə bağlı vaxtaşırı narahatlıqlarını ifadə edirlər. Hamı, o cümlədən mən də istərdim ki, quru sərhədlərimiz açıq olsun, gediş-gəliş bərpa edilsin. Amma real şəraitdə bu nə dərəcədə mümkün və məntiqlidir? 

Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 noyabr saat 06:00-da başa çatırdı. Amma müddət 2023-cü il 1 yanvar saat 06:00-dək uzadılıb. Rəsmi olaraq qərar koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə verilib. Mənə görə bu qərarı başqa kontekstdən də əsaslandırmaq mümkündür. 
Ətrafımıza nəzər salaq. Məsələn, yalnız 10 gün ərzində, sentyabrın 17-dən 26-dək Gürcüstana 78 742 Rusiya vətəndaşı gəlib. Bu proses getdikcə artan dinamika nümayiş etdirir. Onların arasında fərarilərin və ya qeyri-sağlam məqsədlərə xidmət edənlərin olması da tamamilə gözləniləndir. 

Ukraynadan Gürcüstana gələnlərin də sayı bundan ciddi şəkildə fərqlənmir. Azərbaycan quru sərhədlərini açıq saxlasaydı, ən azı Gürcüstandan iki dəfə çox Rusiya və Ukrayna vətəndaşı qəbul etməli olacaqdı. İranda baş verən proseslər Azərbaycana gələnlərin sayılnın Rusiyadan az olacağını iddia etməyə əsas vermir.

Beləliklə, quru sərhədlərinin açıq qalması Azərbaycana hər ay yüz minlərlə xarici vətəndaşlarının axınına şərait yarada bilərdi. 

Digər tərəfdən isə Azərbaycanın Qələbəsini həzm etməyən qüvvələrin sərhədlərimizn açıq olmasında sui-istifadə edəcəkləri də şübhəsizdir. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, hazırda sərhədlərimizin bağlı qalması alternativsiz və ən doğru qərardır. 

Vaxtilə aramızda “sərhədlər niyə açılmır” sualını verən tanışlarımızın sayı lap çox idi, indi isə bəziləri bu gün bölgədə baş verənlərə baxanda artıq “şükür, sərhədlər bağlıdır” deyə vəziyyəti düzgün dəyərləndirirlər. 
Dövlətin özü də sərhədlərin qapalı qalmasından iqtisadi fayda əldə etmir. Amma proseslərin uzaq perspektivlərini əvvəlcədən planlaşdırmaq hər dövlət üçün vacibdir. Uzaqgörənlik yaxşıdır. Odur ki, dövlətimizə və Alı Baş Komandanımıza güvənməliyik. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO