Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində– “Qış parkı”nın yaxınlığında yerləşən tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub və nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən yanğın qısa müddətdə söndürülüb.
FHN-in mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, hadisəyə operativ müdaxilə sayəsində alovun genişlənərək bitişik tikililərə keçməsinə imkan verilməyib.
MÖVZU İLƏ BAĞLI:
Bakının mərkəzindəki yanğın söndürüldü - YENİLƏNİB – FOTO/VİDEO
Bildirilib ki, yanğın nəticəsində ilkin məlumata əsasən, vətəndaşa məxsus ümumi sahəsi 30kv.m olan ikiotaqlı evin dam örtüyü 6kv.m və təsərrüfat otağının yanar konstruksiyaları 20kv.m sahədə yanıb. Evin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə edilib.
Bizim.Media