İlk qəsəbənin gölməçəli yollarından ŞİKAYƏT – Sakinlərin məktubuna niyə cavab verilmir? - FOTO 

İlk qəsəbənin gölməçəli yollarından ŞİKAYƏT – Sakinlərin məktubuna niyə cavab verilmir? - FOTO 

Hazırda oxunan: İlk qəsəbənin gölməçəli yollarından ŞİKAYƏT – Sakinlərin məktubuna niyə cavab verilmir? - FOTO 

101481

Son illər dövlət başçısının sərəncamları ilə əksər rayonlarda kənd yollarının və Bakıətrafı yolların təmirinə külli miqdarda vəsait ayrılıb. Bu istiqamətdə görülən işlərə baxmayaraq hələ də bərbad vəziyyətdə olan yollarımız var. Bu yollar elə paytaxtın bir addımlığındadır. 

Söhbət Binəqədi rayonu Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsi döngə 3-dən gedir.

Bununla bağlı Bizim.Media sözügedən qəsəbə sakini Anar Musayev şikayətlənib.

Bildirdiyinə görə Biləcəri paytaxtın ilk qəsəbələrindən olsa da, 20 il ərzində konkret olaraq Məlik aslanov küçəsi döngə 3-ə nə yerli icra hakimiyyətindən, nə də bələdiyyədən diqqət var.
Baxmayaraq ki, qəsəbənin digər küçələri 6 il əvvəl asfaltlanıb:

“Yağış yağanda həmin küçədə palçıq və gölməçə əlimdən hərəkət etmək mümkün olmur. Daha bərbad duruma düşür. Üstəlik küçənin işıqlandırması da yoxdur. Dəfələrlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, Binəqədi Rayon İcra Hakimiyyətinə, Biləcəri bələdiyyəsinə və Binəqədidən deputat Madər Musayevə sakinlərlə birgə rəsmi müraciət etmişik. Amma nə qurumlardan, nə də deputatdan məktubumuza reaksiya verilib”.

Şikayətçinin sözlərinə görə ərazidəki küçəni iki dəfə öz hesabına təmir etdirib. Amma problem köklü olmadığı üçün yenidən dərinləşib:

“Öz hesabıma yola bir neçə dəfə asfalt töküntüsü və çınqıl tökdürmüşəm. Bu da effekt vermir. Problemin birdəfəlik çözülməsi üçün yola mütləq asfalt döşənməlidir. Aidiyyətu qurumların isə məsələyə etinasız yanaşması davam edir”.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Bizim.Media-ya açıqlamasında bildirib ki, bu cür ərazilərin təmir edilməsi İnvestisiya Proqramları çərçivəsinsə nəzərdə tutulub:

“Konkret işlərin nə zaman görüləcəyi məlum deyil. Bu ilin sonunda gələn il üçün hansı ərazilərin təmir olunması ilə bağlı investisiya proqramı təsdiqlənəcək. Məsələn, bu il Biləcəri qəsəbəsində 10-a yaxın 4,5 kilometr uzunluğunda bu cür küçə və yol təmir olunub. Məmməd Əmin Rəsulzadə, Xocəsən, 28 may qəsəbləri üzrə də təmir işlər icra olunub. Növbəti ildə dəqiq hansı küçələrdə təmir işlərinin görülməsi ilə bağlı isə İnvestisiya Proqramında bilinəcək. Təmir işləri hissə-hissə görülür”, -deyə qurum rəsmisi əlavə edib.

Alçina Amilqızı, Bizim.Media 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO