25 məktəbə direktoru MÜƏLLİMLƏR SEÇİR

25 məktəbə direktoru MÜƏLLİMLƏR SEÇİR

Hazırda oxunan: 25 məktəbə direktoru MÜƏLLİMLƏR SEÇİR

101421

“Azərbaycanda 25 məktəbə direktor həmin məktəbin müəllimləri tərəfindən seçilir. O məktəblərdə çalışan müəllimlərin səlahiyyətləri var ki, öz aralarından məktəbə direktor seçsinlər”.

Bizim.Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev bildirib.

O qeyd edib ki, həmin məktəblərin əksəriyyəti Bakıda yerləşir: “Lakin bununla yanaşı, bölgələrimizdə də belə məktəblər var. Bura Bakıda Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyi, Kimya-biologiya təmayüllü gimnaziyanı, S.C.Pişəvəri adına respublika humanitar fənlər gimnaziyasını, S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanı, Akademik Zərifə Əliyeva adına liseyi, Avropa liseyini, bölgələrdə - Gəncə şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyi, Şəmkir rayon kimya-biologiya təmayüllü liseyi, Quba fizika, riyaziyyat və informatika təmayüllü liseyi və digər məktəbləri misal göstərmək olar”.

F. Qarayev əlavə edib ki, lakin direktor seçilən şəxslər müəllimlərin işə qəbul imtahanında iştirak etməlidirlər.

Öncədən işləyən müəllimlərdirsə, diaqnostik qiymətləndirmədə yüksək nəticələri olmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO