Hərbi Dəniz Qüvvələrində komando kursu keçirilir - VİDEO

Hərbi Dəniz Qüvvələrində komando kursu keçirilir - VİDEO

Hazırda oxunan: Hərbi Dəniz Qüvvələrində komando kursu keçirilir - VİDEO

101394

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən, Hərbi Dəniz Qüvvələrində “Dəniz təməl komando kursu” keçirilir.

MN-dən Bizim.Media-ya verilən məlumata görə, plana uyğun olaraq hərbi qulluqçulara mühəndis-istehkam hazırlığı üzrə partlayıcı qurğuların xüsusiyyətləri, həmçinin onlardan istifadə qaydaları nəzəri və praktiki şəkildə öyrədilir.

Bundan başqa, kurs müddətində iştirakçılarla hərbi topoqrafiya, dağçılıq, atəş hazırlığı, fiziki hazırlıq və digər fənlər üzrə məşğələlər keçirilir.

“Dəniz təməl komando kursu”nu bitirən hərbi qulluqçulara sertifikatlar təqdim ediləcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO