“Azərbaycan Dəmir Yolları”na yeni sədr təyin olunan Rövşən Rüstəmov kimdir? – DOSYE

“Azərbaycan Dəmir Yolları”na yeni sədr təyin olunan Rövşən Rüstəmov kimdir? – DOSYE

Hazırda oxunan: “Azərbaycan Dəmir Yolları”na yeni sədr təyin olunan Rövşən Rüstəmov kimdir? – DOSYE

101288

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Rövşən Mürvət oğlu Rüstəmov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Bizim.Media xəbər verir ki, o, 1980-ci ildə İmişlidə anadan olub.
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycan Dəmir Yolları”na yeni sədr təyin edildi


R.Rüstəmov 1997-2001-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq, dövlət və bələdiyyə idarəetməsi ixtisasını fərqlənmə diplomu ilə bitirib, bakalavr dərəcəsinə yiyələnib. 

2001-2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisasını fərqlənmə diplomu ilə bitirərək, magistr dərəcəsi alıb.

O, 2004-2007-ci illərdə iqtisadiyyatın davamlı inkişaf problemləri mövzusunda dissertasiya müdafiə edib və iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 

2004-2012-ci illərdə Azərpoçt MMC-də Biznesin inkişafı şöbəsində müdir müavini, Əməliyyatlar şöbəsinin müdiri vəzifəsində çalışıb. 2012-2014-cü illərdə isə Azərkosmos ASC-də Korporativ idarəetmə üzrə müşavir vəzifəsində işləyib. 

2014-cü ildə təhsilini Biznesin Davamlılığı İnstitutunda (the Business Continuity Institute) davam etdirərək, “Biznesin davamlılığının planlaşdırılması proqramı”nı bitirib. 2014-cü ildən etibarən Biznesin Davamlılığı İnstitutunun həqiqi üzvüdür. 


Azərbaycan Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. Azərbaycan Prezidentinin 2018-ci il 4 iyun tarixli sərəncamı ilə Azərkosmos ASC-nin sədr müavini təyin edilib. 

Ölkə Prezidentinin 2021-ci il 14 iyun tarixli sərəncamı ilə R.Rüstəmov nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilib. 

Rus və ingilis dillərini bilir, ailəlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO