Vətən müharibəsinin qazisi həbs edildi – MƏHKƏMƏ

Vətən müharibəsinin qazisi həbs edildi – MƏHKƏMƏ

Hazırda oxunan: Vətən müharibəsinin qazisi həbs edildi – MƏHKƏMƏ

101275

Bakının Yasamal rayonunda həbs olunan Vətən müharibəsinin qazisi Anar Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib. 

İttihama görə, Anar Əhmədov Yasamal rayonu ərazisində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilib. Ondan 1 kilo 300 qram narkotik vasitə aşkar olunub. 

İstintaq orqanı tərəfindən Anar Əhmədovun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham elan edilib. 

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Anar Əhmədov ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, narkotik vasitələrin satışı ilə məşğul olmayıb, lakin narkotik vastiə istifadəçisidir. 
Anar Əhmədovun sözlərinə görə, həbs olunan zaman onun üzərində 20 qram “kokos” olub. O, üzərindən aşkar olduğunu iddia olunan 1 kilo 300 qram narkotik vasitənin ona məxsus olduğunu etiraf etməyib.

Anar Əhmədov bildirib ki, 44 günlük Vətən müharibəsinin iştirakçısı olub və 2020-ci ilin sentyabrın 28-də könüllü olaraq müharibəyə yollanıb.

O, müharibədə yaralandığı üçün bədənində ağrılar olub və buna görə də narkotik vasitəni qəbul etdiyini deyib. 

Anar Əhmədov deyib ki, Vətən müharibəsi zamanı yaralandığı üçün 2-ci qrup əlil olub. Onun sözlərinə görə, müharibə zamanı göstərdiyi xidmətlərlə bağlı orden və medallarla təltif olunub.
Növbəti proses oktyabrın 31-də davam edəcək. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO