Pedaqoji Universitetdə tələbələrə qadağa qoyulması ilə bağlı AÇIQLAMA  

Pedaqoji Universitetdə tələbələrə qadağa qoyulması ilə bağlı AÇIQLAMA  

Hazırda oxunan: Pedaqoji Universitetdə tələbələrə qadağa qoyulması ilə bağlı AÇIQLAMA  

101268

Sosial şəbəkələrdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələrinə geyim, makiyaj və saqqalla bağlı bəzi qadağaların qoyulması məlumatı yayılıb.

Bizim.Media xəbər verir ki, məlumatda bildirilir ki, tələbələr bunlara riayət etməsə, müvafiq addımlar atılacaq.

"Rəhbərliyin göstərişi ilə sabahdan universitetə gələrkən oğlan tələbələrimiz üzləri təmiz (təraş olunmuş) formada gəlməlidirlər. Qız tələbələrimiz isə uzun dırnaqları səliqəyə salınmış və açıq olmayan (cırıq, qısa olmayan) sadə geyimlər geyinərək gəlməlidirlər. Bütün tələbələr bu qaydalara ciddi əməl etməlidirlər. Əks halda müvafiq addımlar atılacaq" - deyə məlumatda qeyd olunub.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat xidmətindən apa.az-a bildirilib ki, rəhbərliyin belə bir göstərişi olmayıb və yayılan məlumat həqiqəti əks etdirmir:

"Məsələdən xəbərdarıq. Hazırda bununla bağlı araşdırma aparılır və bunun kim tərəfindən göndərildiyi müəyyənləşdirilir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO