“Azərsu” ASC-nin keçmiş rəhbəri HARADADIR? - Qorxmaz Hüseynov haqqında SON MƏLUMAT

“Azərsu” ASC-nin keçmiş rəhbəri HARADADIR? - Qorxmaz Hüseynov haqqında SON MƏLUMAT

Hazırda oxunan: “Azərsu” ASC-nin keçmiş rəhbəri HARADADIR? - Qorxmaz Hüseynov haqqında SON MƏLUMAT

101240

Azərbaycanda əhalinin su problemi illərdi ki, həllini tapa bilmir. Kifayət qədər ərazilər var ki, hələ də içməli suya həsrətdir. Bu azmış kimi XXI əsrdə “Azərsu” ASC bəzi ərazilərdə suyu əhaliyə qızıl qiymətinə satır.

Müəyyən vaxtla və qızıl qiymətinə satılan suyun keyfiyytinə isə toxunmuruq. Bu məsələni araşdırsaq, dəhşətli məlumatlar ortaya çıxar...

Haqqında bəhs etdiyimiz qurum daha bir nümunəvi addımı ilə yadda qaldı. Ard-arda təməli möhkəm olmayan su borularının partlaması əlbəttə ki, qurumun “səmərəli” işinin nəticəsidir. Bəlkə də çoxları razılaşmayacaq və “işdir, qəzadır da olub” deyəcək. Amma hər qurum işini bünövrədən möhkəm və vicdanlı görsə, cəmiyyəti yoran problemlər olmaz.

Baş verən neqativlərin əsas səbəbkarı isə başsız qurumun rəhbər səlahiyyətlərini daşıyan Köçərli Həsənovdur. Onun başçılıq etdiyi qurumdan  günü-gündən şikayətlər artır, iş rejimi iflic hala düşür.
 

MÖVZU İLƏ BAĞLI:

Başsız qalan “AZƏRSU” – “Sistem sıradan çıxıb, gündə nə qədər qəza baş verir”


Xatırladaq ki, 04 aprel 2021-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov vəzifəsindən azad olunub. O, “Azərsu” ASC-nin sədri vəzifəsində 2011-ci ilin fevral ayından işləyirdi. İndi sədrin bütün səlahiyyətləri “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənova həvalə edilib. Əslində Köçərli Həsənov da qurumu taladığına görə vəzifəsindən azad edilən Qorxmaz Hüseynovun kadrıdır. Amma növbəti qurban olmasın deyə, işinə vicdanla yanaşacağına ümidlər və gözləntilər çoxdu. Əslində qurum işçilərinin hazırda bir şikayətləri var, o da maaşlarının azlığıdır. 

İctimaiyyət üçün isə dəyişməyən reallıq, 1 ildən çox vaxt keçsə də, “Azərsu” ASC-nin fəaliyyətsizliyidir.. 

Yada düşmüşkən, bəs işinə son verilən Qorxmaz Hüseynov haradadır? 

Bizim.Media “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin keçmiş sədri Qorxmaz Hüseynovun hazırda harada olması və nə işlə məşğul olmasını araşdırıb:
 

Məlum olub ki, Qorxmaz Hüseynov hazırda işsizdir və Türkandakı villasında dincəlir. İşsiz deyəndə ki, ona məxsus biznes obyektlərini idarə etməklə məşğuldur və oradan gələn gəlirlə dolanmaqdadır. 


Xəzərin sahilində yerləşən Qorxmaz Hüseynovun villasının ərazisi 5 hektardır. Şəxsi çimərliyi olan malikanədə yaxtalar üçün özünə məxsus liman, iri hovuz, xeyli sayda meyvə ağacları və futbol meydançası var. Bu günlərdə Qorxmaz Hüseynov şəxsi çimərliyindəki limanda bir neçə dəfə görüntülənib. Görünür, keçmiş “Azərsu” rəhbəri ailəsi ilə birgə sakitçiliyə və kənara çəkilməyi daha məqbul hesab edir. 

Qorxmaz Hüseynovun Nərimanov rayonunda da belə bir villasının olduğu bildirilir. Evin ümumi dəyərinin 5 milyon dollardan çox olduğu deyilir.

9 mərtəbəli binaların yaхınlığında yerləşən villa 3 mərtəbəli olsa da, 5 mərtəbəli binalar hündürlüyündədir. Qorхmaz Hüseynov imarətinin tikintisi üçün böyük bir ərazini zəbt edib. “Azərsu” sədri hər iki villasında Yaponiyadan gətirdiyi itləri saxlayır. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO