Xaçmazda yataqxanada yanğın olub, 15 nəfər təxliyə edildi - YENİLƏNİB - FOTO

Xaçmazda yataqxanada yanğın olub, 15 nəfər təxliyə edildi - YENİLƏNİB - FOTO

Hazırda oxunan: Xaçmazda yataqxanada yanğın olub, 15 nəfər təxliyə edildi - YENİLƏNİB - FOTO

101209

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Xaçmaz şəhəri, N.Nərimanov prospektində yerləşən 92 saylı peşə liseyinin yataqxanasında yanğın baş verib. 

Bizim.Media FHN-ə istinadən xəbər verir ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli, dördbloklu yataqxana binasının 3-cü blokunun zirzəmisində məişət tullantılarının yandığı müəyyən olunub. 

Yanğın nəticəsində 15kv.m sahədə məişət tullantıları və taxta qırıntıları yanıb, mənzillər yanğından mühafizə edilib. Eləcə də 1-i azyaşlı və 4-ü yaşlı olmaqla 15 nəfər bina sakini təxliyə olunub.

*** 11.20

Fövqəladə Hallar Nazirliyi Xaçmaz şəhərində peşə məktəbinin yataqxanasında baş verən yanğın barədə məlumat yayıb.

Bizim.Media xəbər verir ki, məlumatda bildirilib ki, FHN-in "112" qaynar xəttinə Xaçmaz şəhərində 92 nömrəli peşə məktəbinin yataqxanasının zirzəmisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Şimal Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunub.

FHN qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb. Yanğın tam söndürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO