Xaçmazda şimal bölgəsi fermerlərini narahat edən problemlər dinlənilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rayonda şimal bölgəsinin Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabrandan olan iş adamları ilə keçirdiyi görüşdə bu imkan onlara yaradılıb.
Bizim.Media xəbər verir ki, görüşdə KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov, Xaçmaz İH başçısı Elnur Rzayev, millət vəkilləri - Vahud Əhmədov və Sevil Mikayılova iştirak ediblər.
Millət vəkili Vahid Əhmədov Bizim.Media-ya məlumat verib ki, Quba-Xaçmaz iqtisadi rayonuna daxil olan sahibkarlarla görüş keçirilməsini iqtisadiyyat naziri Mikayıl Cabbarovdan xahiş edib, çünki meyvə-tərəvəz və taxılçılıqla, ümumiyyətlə, kənd təsərrüfatı ilə məşğul olan iş adamlarının kifayət qədər problemi var:
“KOBİA sədri Orxan Məmmədov özü sahibkarları yerində dinləyib. Səslənən təkliflər cəmləşdirilərək hökümətə təqdim olunacaq."
Qeyd edək ki, sahibkarlar görüşdə kredit faizlərinin yüksək olması, torpaqla bağlı sənədləşmənin qaydasında olmaması, emal müəssisələrinin yaradılması, logistika və daşınma məsələləri və s. problemlərini diqqətə çatdırıblar.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
17:14 / 25.10.2022
Xaçmazda şimal bölgəsi fermerlərinin problemləri dinlənildi - FOTO
Hazırda oxunan: Xaçmazda şimal bölgəsi fermerlərinin problemləri dinlənildi - FOTO
Hazırda oxunan: Xaçmazda şimal bölgəsi fermerlərinin problemləri dinlənildi - FOTO
101107
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.