Cavid Qurbanov Qazaxıstanda rels istehsalı zavodu ilə tanış olub  - FOTO

Cavid Qurbanov Qazaxıstanda rels istehsalı zavodu ilə tanış olub - FOTO

Hazırda oxunan: Cavid Qurbanov Qazaxıstanda rels istehsalı zavodu ilə tanış olub - FOTO

101097
16 oktyabr 2015-ci ildə Qazaxstanın Baş naziri Karim Masimovun iştitrakı ilə Aktobe şəhərində "Aktyubinsk" rels istehsalı zavodunun istehsalat xəttinin açılışına həsr olunmuş təntənəli mərasım keçirilib.

“Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyindən Moderator.az-a verilən məlumata görə, tədbirdə “Azərbaycan Dəmir Yolları”x9d QSC-nin sədri Cavid Qurbanov da iştirak edib.

Tədbir çərçıvəsində C. Qurbanov "Aktyubinsk" rels istehsalı zavodu ilə tanış olub. «Qazaxıstan Dəmir Yolları» SC-nin prezidenti Askar Mamin zavodun fəaliyyəti, istehsal gücü, iş prinsipi barədə C. Qurbanova məlumat verib.

Bildirilib ki, zavod Qazaxstan Respublikasının sənaye və innovasiya inkişafı üzrə Dövlət Proqramı çərçıvəsində "Qazaxıstan Dəmir Yolları" SC tərəfindən inşa edilib və 13 fevral 2013-cü ildən fəaliyyət göstərir, strateji əhəmiyyətə malikdir. 760 nəfər işçisi olan zavod əsasən yüksək sürətli dəmir yolu xətləri üçün uzunluğu 120 metr olan Ðxa0-65 markalı rels istehsal edir.

Zavodun hazır məhsul üzrə illik istehsal gücü 430 min tondur. Bunun 200 min tonu rels, 230 min tonu isə müxtəlif yardımçı metal materiallardır.

Aktyubinsk rels istehsalı zavodu "Qazaxıstan Dəmir Yolları" SC-nin relsə olan tələbatını tam ödəməklə yanaşı, xarici ölkələrdən olan sifarişləri də istehsal etmək gücünə malikdir.
Cavid Qurbanov Qazaxıstanda rels istehsalı zavodu ilə tanış olub  <i style=- FOTO" src="//old.moderator.az/fotobaza/original/8381.jpg">Cavid Qurbanov Qazaxıstanda rels istehsalı zavodu ilə tanış olub  <i style=- FOTO" src="//old.moderator.az/fotobaza/original/8382.jpg">Cavid Qurbanov Qazaxıstanda rels istehsalı zavodu ilə tanış olub  <i style=- FOTO" src="//old.moderator.az/fotobaza/original/8383.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO