“Vikipediyada Şuşa İli - 270” layihəsi təqdim olundu - VİDEO

“Vikipediyada Şuşa İli - 270” layihəsi təqdim olundu - VİDEO

Hazırda oxunan: “Vikipediyada Şuşa İli - 270” layihəsi təqdim olundu - VİDEO

101089

Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılmış “Qorqud” Vikipediya Metodik Klubu “Vikipediyada Şuşa İli - 270” layihəsinin təqdimatını edib.

Bizim.Media xəbər verir ki, klubun könüllüləri açıq ensiklopediyanın Azərbaycan və xarici dilli seqmentlərində Şuşaya həsr olunmuş 270-dən çox məqalə yerləşdiriblər.

Layihəyə Rumıniya, Almaniya, BƏƏ, İsveç, Özbəkistan və Gürcüstandakı diasporamızın fəalları, həmvətənlərimiz dəstək veriblər.

Şuşanın tarixi, mədəniyyəti, memarlığı, tanınmış elm və hərb adamları, ziyalıları, şəhidlərinə həsr olunmuş mövcud məqalələr yenilənib və redaktə olunub, 20-dən çox xarici dilə tərcümə edilib, yaxud yeniləri yaradılıb və Vikipediyada yerləşdirilib.

Layihənin əsas məqsədi açıq ensiklopediyada ermənilər tərəfindən Qarabağ və Şuşanın tarixi ilə bağlı yanlış məlumatların yerləşdirilməsi halları ilə mübarizə aparmaqdır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO