Qusarda

Qusarda "Zəfər Forumu" keçirildi – FOTO

Hazırda oxunan: Qusarda "Zəfər Forumu" keçirildi – FOTO

101082

Vətən Müharibəsində tarixi qələbəmizin ikinci ildönümünə həsr olunan forum Azərbaycan Prezident Adminstrasiyasının dəstəyi, Müdafiə Nazirliyinin və Qusar İH-nin birgə təşkilatçılığı ilə baş tutub.

Bizim.Media xəbər verir ki, tədbirdə PA-nın məsul şəxsləri və Qusar İH-nin  rəsmiləri ilə yanaşı, şəhid ailələri, qazilər, Müdafiə Nazirliyinin Qusardakı hərbi hissəsinin şəxsi heyəti, Quba, Xaçmaz, Şabran, Siyəzən İH başçılarının müavinləri, şəhid ailələri ilə iş şöbəsinin əməkdaşları iştirak edib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla anılıb.

Çıxışlarda xalq-Ordu  və dövlətin birgə dəstəyi sayəsində qazanılan şanlı qələbədən danışılıb, qələbəyə aparan 30 illik yolda xalqın daima  Ali Baş Komandanın və Ordunun yanında olmasından söz açılıb. Prezident Adminstasiyasının Qeyri -Hökümət Təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdiri Vüsal Quliyev çıxış edib.

Qusar İH başçısı Şair Alxasov da  çıxışında  Vətən Müharibəsində xalqın Prezident İlham Əliyevlə və Müzəffər Ordu ilə birgə   olmasından bəhs edib. Vətən Müharibəsi qaziləri  torpaqlarımızın geri alınması üçün canlarından keçən şəhid yoldaşlarını hörmətlə anıblar. 
Forumdan əvvəl Qusar Şəhidlər Xiyabanı və Heydər Əliyevin Qusar şəhərindəki abidəsi ziyarət edilib.

Forum davam edir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO