Noyabrın 1-dən quru sərhədlər açıla bilər? – Millət vəkilindən SON XƏBƏR

Noyabrın 1-dən quru sərhədlər açıla bilər? – Millət vəkilindən SON XƏBƏR

Hazırda oxunan: Noyabrın 1-dən quru sərhədlər açıla bilər? – Millət vəkilindən SON XƏBƏR

100896

Bir həftədən sonra ölkəmizdə tətbiq olunmuş karantin rejiminin müddəti başa çatır. İndi hər kəsi maraqlandıran suallardan biri də karantin rejiminin uzadılıb-uzadılmayacağı məsələsidir. Eyni zamanda, quru sərhədlərin açılması məsələsi də əhalini ciddi düşündürür.

Məsələ ilə bağlı Millət vəkili Vahid Əhmədovun fikirlərini öyrəndik. O, Bizim.Media-ya açıqlamasında quru sərhədlərinin açılmasının vacibliyini söylədi:

“Bizim həm Gürcüstanda, həm də Rusiyada çoxlu soydaşlarımız var. Onların Azərbaycana gəlib-getməsi karantin dövründə xeyli çətinləşib. Bunun üçün də quru sərhədlərin açılması çox vacibdir. Doğrudur, burda müəyyən risqli məqamlar da var. Nəzərə alaq ki, bu Operativ Qərargahın səlahiyyətinə aid məsələdir. Qərarı onlar verməlidir”. 

Vahid Əmədov onu da əlavə etdi ki, mənim fikrimcə, müəyyən şərtlər şərçivəsində quru sərhədlərini açmaq lazımdır:

“Bundan həm də Ukraynada qalan soydaşlarımız da yararlana bilər. Eləcə də, Gürcüstanda və Rusiyada yaşayan, sosial durumu zəif olan soydaşlarımıza da bu çox böyük dəstək olar. Mənə elə gəlir ki, Opreativ Qərargah oturub fikirləşməlidir və bu barədə müsbət bir qərar verməlidir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO