Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək

Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək

Hazırda oxunan: Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək

100890

Noyabrın 15-də Azərbaycanda ilk dəfə yerli və beynəlxalq şirkətlərin baş icraçı direktorlarının, dövlət qurumlarının rəsmilərinin, sahibkarların iştirakı ilə idarəetmə sahəsində dünyada tətbiq olunan yeniliklər, bu sahədə müasir innovasiyalar və texnologiyanın inkişafı, qabaqcıl təcrübələr barədə dialoqlar, müzakirələr və fikir mübadilələrinin keçirilməsini hədəfləyən “Baku International CEO Summit” tədbiri (zirvə toplantısı) keçiriləcək. 

Bizim.Media xəbər verir ki, tədbirin təşkilatçısı Azərbaycan HR İnstitutudur. 

"Baku International CEO Summit" Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial iqtisadi-inkişafa dair növbəti illər ərzində reallaşdırılması planlaşdırılan “Milli prioritetlər”dən 1-cisi “Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat” prioritetinə əsaslanaraq ölkəmizdə korporativ idarəetmənin daha da gücləndirilməsi üçün “Daha yaxşı gələcək naminə” şüarı ilə baş tutacaq. 

“Baku International CEO Summit” tədbirində iştirak etmək üçün biletləri //ebilet.store/event_BICEO22/ linki vasitəsi ilə qeydiyyatdan keçib əldə etmək olar. 

Azərbaycan HR İnstitutu bu il yanvarın 28-də “Baku International HR Forum” tədbiri də keçirib.

6 ölkədən 16 spiker və 300-dən çox iştirakçının qatıldığı forumda İnsan kapitalının inkişafı, gələcək innovasiyalar və idarəetmə panelləri üzrə peşəkar müzakirələr və qarşılıqlı təcrübə mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO