Binəqədidə yaşayış binasında YANĞIN

Binəqədidə yaşayış binasında YANĞIN

Hazırda oxunan: Binəqədidə yaşayış binasında YANĞIN

100881

Bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 156 ünvanında yerləşən çoxmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub. 

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə baş verdiyi və genişlənmə riskinin yüksək olduğu müəyyən edilib. 

Əməliyyat şəraitinə uyğun olaraq xüsusi təyinatlı texnikanın – avtonərdivanın tətbiqi ilə yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək genişlənməsinə, habelə digər mənzillərə keçməsinə imkan verilməyib. 
Yanğın nəticəsində ümumi sahəsi 65m² olan mənzilin mətbəxi və dəhlizinin yanar konstruksiyaları 12m² sahədə yanıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO