Göygöldə hərbi sursat tapıldı

Göygöldə hərbi sursat tapıldı

Hazırda oxunan: Göygöldə hərbi sursat tapıldı

100836

Göygöl rayonunda silah-sursat tapılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Hacıməlik qəsəbəsi yaxınlığındakı ərazidə silah-sursat olması barədə məlumat daxil olub. 

Dərhal RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirliblər. 

Araşdırmalar zamanı oradan 1 ədəd “AKM” markalı avtomat və onun hissələri, 4 ədəd həmin avtomata aid daraq və 100 ədəd 7.62 mm-lik patron aşkar edilərək götürülüb. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO