"Qaynanamız" serialının kollektivindən gənc yazara hədə

Hazırda oxunan: "Qaynanamız" serialının kollektivindən gənc yazara hədə

100765
"İki gün əvvəl ATV-da yayımlanan "Qaynanamız" serialı ilə bağlı yazı yazmışdım. Dünən isə MTRŞ-nın qərarı ilə həmin serialın yayımı 1 aylıq dayandırılıb. MTRŞ-nın bu qərarından sonra həmin serialın kollektivindən mənim Feysbuk profilimə və telefon nömrəmə gələn təhqir və təhdid mesajlarının ardı-arası kəsilmir".

Bunu Moderator.az-a açıqlamada gənc yazar Orxan Bahadırsoy bildirib.

Orxan Bahadırsoy deyib ki, bu adamlardan şərəf və ləyaqətin təhqirinə, təhdidetməyə hüquq-mühafizə orqanlarına şikayət edəcək.

Gənc yazar deyir ki, təhlükə ilə üz-üzədir: "Başıma hər hansı pis bir hadisə gələrsə, bu ultimatumları mənə göndərən, bu mesajları yazan və bu cür danışan təhqir, təhdid edən adamların müqəssir olduğu bilinsin".








© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO