Böyük Vətən Müharibəsi iştirakçısı 101 yaşında Qubada vəfat etdi - FOTO

Böyük Vətən Müharibəsi iştirakçısı 101 yaşında Qubada vəfat etdi - FOTO

Hazırda oxunan: Böyük Vətən Müharibəsi iştirakçısı 101 yaşında Qubada vəfat etdi - FOTO

100762

Böyük Vətən Müharibəsində iştirak edən 10 mindən artıq qubalıdan yeganə sağ qalan 101 yaşlı Yunis Kazımov bu gün vəfat edib.

Quba İH başçısının Rustov İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Beybut Rəhimovun Bizim.Media-ya verdiyi məlumata görə, 101-ci yaşını yaşayan Yunus Kazımov doğulduğu Xanəgah kəndində dəfn edilib.

Mərhum veteran oğlunun ailəsi ilə rayonun Alekseyevka kəndində yaşayırdı.

Onun bu il may ayının 9-da, Qələbə günündə 100 yaşı tamam olmuşdu.
Rayon İH başçısı Ziyəddin Əliyev həmin gün Böyük Vətən Müharibəsi veteranını evində ziyarət etmişdi.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO