“Dədə” Suleymanın qızı:

“Dədə” Suleymanın qızı: "Atamla vida mərasimi olmayacaq" - ÖZƏL

Hazırda oxunan: “Dədə” Suleymanın qızı: "Atamla vida mərasimi olmayacaq" - ÖZƏL

100721

Xəbər verdiyimiz kimi, "Dədə" ləqəbi ilə incəsənət aləmində məşhurlaşan Əməkdar artist Süleyman Abdullayevin bu gün uzun sürən xəstəlikdən vəfat edib.

Bizim.Media-nın əməkdaşı əməkdar artistin qızı Aygün Abdullayeva əlaqə saxlayıb.

O bildirib ki, atası ilə vida mərasimi olmayacaq.

"Bu xəbər ailəmizi çox sarsıtdı. Artıq atam yoxdur. O, bu gün anamın dəfn olunduğu Müşfiq qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq. Hazırda nəşi məscidə, ordan isə öz evinə aparılacaq. Vida mərasimi olmayacaq. Atam yaşadığı evindən son mənzilə yola salınacaq",- deyə Aygün xanım bildirib.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO