Polisdən Göygöldə ƏMƏLİYYAT - Sakinlərdən narkotik və silah götürüldü - FOTO

Polisdən Göygöldə ƏMƏLİYYAT - Sakinlərdən narkotik və silah götürüldü - FOTO

Hazırda oxunan: Polisdən Göygöldə ƏMƏLİYYAT - Sakinlərdən narkotik və silah götürüldü - FOTO

100720

Göygöl sakinlərində narkotik və silah aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini Vüqar Vəliyev saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman narkotik maddə olan “metamfetamin” aşkar edilərək götürülüb.

Keçirilən digər bir əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini Elsevər Qəmbərov da saxlanılıb. Şübhəli şəxsin üzərindən aşkar edilən narkotik vasitələr - “tiryək” və “heroin” müvafiq ekspertizaya təqdim edilib.
Bundan başqa, şöbə əməkdaşları tərəfindən gələcəkdə baş verə biləcək cinayətlərin qarşının alınması məqsədilə qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində keçirlən tədbirlər nəticəsində rayon sakini Ceyhun Mərdanov saxlanılaraq polis şöbəsinə gətirilib.

C.Mərdanovun üzərindən 1 ədəd qundağı və lüləsi kəsilmiş, istifadəyə yararlı 12 kalibirli tüfəng aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO