Bakıda fəhlə faciəvi şəkildə ölüb

Bakıda fəhlə faciəvi şəkildə ölüb

Hazırda oxunan: Bakıda fəhlə faciəvi şəkildə ölüb

100605

Bakıda fəhlə işlədiyi müəssisənin qurutma dəzgahının bunkerinə yıxılaraq ölüb. 

Bu barədə Bizim.Media-ya Nərimanov Rayon Prokurorluğundan məlumat verilib. 

Bildirilib ki, oktyabrın 21-i saat 13 radələrində Nərimanov rayonu, 6-cı köndələn küçəsi, 2038-ci məhəllə ünvanında yerləşən “Termoplast” MMC-də fəhlə işləyən 1966-cı il təvəllüdlü Xalıq Əmirovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Xalıq Əmirov müəssisənin ərazisində yerləşən işlək halda olan qurutma dəzgahının bunkerinə yıxılması nəticəsində almış olduğu xəsarətlərdən hadisə yerində ölüb. 

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. 
Hazırda istintaq davam edir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO