Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana rəsmi səfərdə müşayiət edən AKP sədr müavini Binəli Yıldırım, şəxsi mühafizəsi və Türkiyə Böyük Millət Məclisinin AKP-dən olan millət vəkili Şamil Ayrımın olduğu avtomobil Zəngilan hava limanına gedərkən qəzaya uğrayıb.
Bizim.Media xəbər verir ki, Türkiyə telekanallarında Yıldırım və Ayrımın olduğu iddia edilən maşının qəzadan sonrakı fotosu paylaşılıb.
MÖVZU İLƏ BAĞLI:
Binəli Yıldırım Zəngilanda qəzaya düşüb
Qeyd edək ki, Türkiyə rəsmiləri qəzadan sonra müayinə üçün xəstəxanaya aparılıb, vəziyyətlərinin yaxşı olduğu bildirilib.
Bizim.Media