Sentyabr hadisələrinin qazisi doğma kənddə bayramla qarşılanıb - FOTO 

Sentyabr hadisələrinin qazisi doğma kənddə bayramla qarşılanıb - FOTO 

Hazırda oxunan: Sentyabr hadisələrinin qazisi doğma kənddə bayramla qarşılanıb - FOTO 

100365

Bu ilin sentyabr hadisələrində Ermənistanla sərhəddə təxribatın qarşısını alarkən ağır yaralanan Qubadan olan hərbçi rayona qayıdıb.

Bizim.Media-nın Şimal bürosunun məlumatına görə, Silahlı Qüvvələrin Baş Kliniki Hərbi Hospitalında müalicə olunan qazi Mətləb Füzuli oğlu Həbibov doğulduğu Talabıqışlaq kəndində böyük coşqu ilə qarşılanıb.

Doğmaları, ailə üzvləri, kənd sakinləri, yerli rəsmilər düşmən təxribatının qarşısını alan zaman sağlamlığını qurban vermiş Mətləbin pişvazına çıxaraq gəlişini toy-bayram kimi qeyd ediblər.
Qeyd edək ki,sentyabr hadisələrində Qubadan 7 hərbçi yaralanıb.Onlar Bakıya gətiriləndən sonra Quba İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Baş Kliniki Hərbi Hospitalda müalicə olunan yaralı hərbçilərlə görüşərək səhhətləri ilə maraqlanıb və onlara müvafiq yardımlar göstərib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO