Cəbrayılda Rəcəb Tayyib Ərdoğanın qarşılanma mərasimi keçirilib - FOTO/VİDEO

Cəbrayılda Rəcəb Tayyib Ərdoğanın qarşılanma mərasimi keçirilib - FOTO/VİDEO

Hazırda oxunan: Cəbrayılda Rəcəb Tayyib Ərdoğanın qarşılanma mərasimi keçirilib - FOTO/VİDEO

100336

Bu gün Cəbrayıl şəhərində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilib. 

Bizim.Media xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib. 

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər. 

Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Türkiyənin və Azərbaycanın dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib. 
Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Rəcəb Tayyib Ərdoğana, Türkiyə nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Bizim.Media
 

 























© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO